Azərbaycan birinciliyində komanda yarışları başa çatdı

Azərbaycan birinciliyində komanda yarışları başa çatdı

Hazırda oxunan: Azərbaycan birinciliyində komanda yarışları başa çatdı

174262

U-18 yeniyetmələr arasında Azərbaycan birinciliyinin qarışıq komanda yarışı keçirilib. 

Bizim.Media xəbər verir ki, yarışlarda 8 komandadan 72 idmançı medallar uğrunda mübarizə aparıb. 

Qızlar -48 kq., -63 kq. və +63 kq. çəki dərəcələrində, oğlanlar isə -60 kq., -81 kq. və +81 kq. çəki dərəcələrində güclərini sınayıblar.
Yarışın final görüşü Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi ilə “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi arasında keçirilib. “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 4:3 hesabı ilə qalib gələrək komanda yarışlarının kubokunu və qızıl medallarını qazanıb.

Bakı şəhəri 13 nömrəli İOEUGİM 2 və Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi üçüncü yerləri bölüşüblər.

Yarışın yekun nəticələrinə əsasən komandaların tutduqları yer belə müəyyənləşib:

1.  “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

2.  Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

3.  Bakı şəhəri 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi 2

4.  Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

5.  Neftçi İdman Klubu

6.  Gəncə – Daşkəsən Regional Gənclər və İdman İdarəsi

7.  Bakı şəhəri 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi

8.  Gömrükçü İdman Sağlamlıq Mərkəzi

Rəşad Rafiqoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO