"Sev" mahnısının ifaçısı Şeyla illər sonra ÜZƏ ÇIXDI – VİDEO 

Hazırda oxunan: "Sev" mahnısının ifaçısı Şeyla illər sonra ÜZƏ ÇIXDI – VİDEO 

174186

2000-ci illərdə "Sev" mahnısı ilə məşhurlaşan müğənni Şeyla illər sonra efirə çıxıb. 

Bizim.Media xəbər verir ki, ABŞ-a köçən Şeyla videozəng vasitəsi ilə "Sabahın xeyir, Azərbaycan" verilişinin canlı efirinə qoşulub. 

Keçmiş ifaçı "Amazon"da çalışdığını və ailə quraraq 2 övladının olduğunu bildirib: 

"15 ildir ki, Azərbaycandan köçmüşəm. Elə bilirlər, mən rəhmətə getmişəm. Məqsədim məşhurluq olmayıb. 20 yaşım var idi, özümü ifadə etmək istəyəndə mahnı yazdım. Münbit şərait yaradılsaydı, davam edərdim. Ona görə də musiqidən uzaqlaşıb, başqa sənətlə məşğul oldum". 
Qeyd edək ki, sözügedən bəstə bir çox müğənnilər tərəfindən repertuarlarına salınaraq ifa olunub. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO