“Access Bank” depozit qəbulunu dayandırır? - Faizlər kəskin endirildi 

“Access Bank” depozit qəbulunu dayandırır? - Faizlər kəskin endirildi 

Hazırda oxunan: “Access Bank” depozit qəbulunu dayandırır? - Faizlər kəskin endirildi 

174130

“Access Bank” yanvarın 18-dən etibarən əmanət faizlərini kəskin endirib.  

Bizim.Media valyuta.az-a istinadən xəbər verir ki, bank 30 min manata kimi depozitlər üzrə faiz dərəcəsini 4,5%-dən 3%-ə, 100 min manata kimi depozitlər üzrə 5%-dən 3,5%-ə, 100 min manatdan çox olan depozitlər üzrə isə 6%-dən 4,5%-ə endirib.

Başqa sözlə, bank əmanətlərin gəlirliliyini 1,5% azaldıb. Bu isə yerli banklar arasında ən aşağı göstəricidir. Faizlərin kəskin endirilməsi bankın əmanət qəbuluna həvəsli olmadığını göstərir.
Qeyd edək ki, bu il yanvarın 1-nə bankın əmanət portfeli 1 mlrd. 51,6 milyon manata yüksəlib ki, bu da 2023-cü ilin ilk yarısı ilə müqayisədə 66 mln. manat çoxdur.  

Bankın kredit portfeli isə 2023-cü ildə 1mlrd. 13,7 mln. manata bərabər olub. Başqa sözlə, bankın kreditlərinin depozitlərə nisbəti (LDR) 96%-dir.   

Xatırladaq ki, "Access Bank" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 258,7 milyon manatdır. Bankın əsas səhmdarları Asiya İnkişaf Bankı (20,33%), Avropa İnvestisiya Bankı (17,76%), Beynəlxalq Maliyyə Korporasiyası (15,86%), Hollandiya İnkişaf Bankı (9,62%) və Avstriya İnkişaf Bankıdır (9,36%). 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO