SENSASİYA: Qadın ölü körpəni 35 il bədənində gəzdirib - FOTO

SENSASİYA: Qadın ölü körpəni 35 il bədənində gəzdirib - FOTO

Hazırda oxunan: SENSASİYA: Qadın ölü körpəni 35 il bədənində gəzdirib - FOTO

174105

Qadın ölü körpəni 35 il bədənində gəzdirib. 73 yaşı tamam olanda o, həkimlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, hadisə Əlcəzairin şərqindəki Skikda şəhərində baş verib.

Belə ki, yaşlı bir qadın qarın ağrısı şikayəti ilə həkim yanına gedib.

Rentgendən sonra bəlli olub ki, qadının bədənində təxminən 7 aylıq və çəkisi 2 kq-dan çox olan “daş körpə” var.

Həkimlər qadının 35 il necə hərəkət etməsinə və adi həyat tərzi sürərək bunu fərq etməməsinə təəccüblənib.

Xatırladaq ki, bu xəstəliyin adı litopediondur. Bu, adətən o vaxt baş verir ki, döl uşaqlıqdan kənarda yaranır və öldükdən sonra "daşa dönür".
Ümumilikdə bəşər tarixində 290 belə hal məlumdur, onlardan ən erkəni 1582-ci ildə qeydə alınıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO