Metyu Miller: “Bakı və İrəvan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”

Metyu Miller: “Bakı və İrəvan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”

Hazırda oxunan: Metyu Miller: “Bakı və İrəvan son bir ildə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə ediblər”

174073

“Biz Ermənistan və Azərbaycan arasında sülhə nail olmaq üçün aparılan işləri alqışlayırıq. Hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

O qeyd edib ki, Bakı və İrəvan arasında sülh sazişi nə qədər tez imzalansa, bir o qədər yaxşıdır:

“Tərəflər ötən il ərzində əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa, keçmiş danışıqların nəticələrinə əsaslanmağa və razılığa gəlməyə təşviq edirik”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO