Bruney şahzadəsinin dəbdəbəli toyundan FOTOLAR 

Bruney şahzadəsinin dəbdəbəli toyundan FOTOLAR 

Hazırda oxunan: Bruney şahzadəsinin dəbdəbəli toyundan FOTOLAR 

173936

Sosial şəbəkədə Bruney şahzadəsinin yerli adət-ənənələrə uyğun olaraq 10 gün qeyd edilən dəbdəbəli toyundan yeni fotolar üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, sultanın kiçik oğlu Şahzadə Əbdül Mətin uzun müddətdir sevgilisi olan Sultanın müşavirinin nəvəsi Anişa İsa Kalebiç ilə evlənib. 

İslami toy mərasimi yanvarın 7-də baş tutub, ardınca digər bayram mərasimləri keçirilib. Hər şey bəzi dövlət rəhbərlərinin iştirak etdiyi beş min nəfərlik möhtəşəm ziyafət və paradla başa çatıb. Toydan fotoları dünyanın ən çox axtarılan toy fotoqraflarından biri olan Herman Larkin yayıb (o, Bruklin Bekhem və Nikola Peltsin toyunu və Sofiya Riçinin toyunu çəkib). O, toyla bağlı təfərrüatları da paylaşıb. 

Evləndikdən sonra yeni evlənənlər 40 dərəcə istidə paradda iştirak etməyə gediblər. Qayıdandan sonra bütün qonaqlarla şəkil çəkdirmək üçün ikinci saraya yollanıblar. Toy tədbirləri zamanı gəlin bir neçə paltar dəyişib. Onların arasında Bruneyin milli parçasından sifarişlə tikilmiş “Dior” brendinə məxsus libas və “Zuhair Murad”dan libas da var idi. Hər libasın öz zərgərlik dəsti, o cümlədən tacı da var idi. 
Qeyd edək ki, Şahzadə Əbdül Mətin Bruney sultanı Hassanal Bolkiah və onun keçmiş həyat yoldaşı Məryəm Hacı Əbdül-Əzizənin dördüncü oğlu və ən kiçik, onuncu övladıdır. Şahzadə taxta iddia etmir, lakin Sultanın sevimli oğlu hesab olunur. Şahzadənin 32 yaşı var, o, London Kral Kollecində beynəlxalq siyasət üzrə təhsil alıb, həmçinin hərbi ixtisas alıb və hazırda Bruney Silahlı Qüvvələrində kapitan rütbəsi daşıyır. 




















Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO