Türkiyənin ilk astronavtının kosmosa uçuşu TƏXİRƏ SALINDI

Türkiyənin ilk astronavtının kosmosa uçuşu TƏXİRƏ SALINDI

Hazırda oxunan: Türkiyənin ilk astronavtının kosmosa uçuşu TƏXİRƏ SALINDI

173902

Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa yanvarın 18-nə nəzərdə tutulan uçuşu təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır məlumat verib.

Məlumata görə, o, yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-a orbitə qalxacaq. Bu müddət ərzində buraxılışdan əvvəlki texniki yoxlamaların başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, türk astronavt Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. ABŞ-ın Florida ştatından Beynəlxalq Kosmik Stansiyaya yola düşəcək “Ax-3” heyətinə türk astronavtla yanaşı, missiyanın rəhbəri ispaniyalı astronavt Michael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli kosmonavt Markus Vandt daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO