Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb - FOTO

Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb - FOTO

Hazırda oxunan: Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb - FOTO

173897

Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya düşüb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb.

Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO