İngilislər Böyük Britaniya Kraliçası II Yelizavetanın əri Şahzadə Filipin xatirəsini Bukingem Sarayına çiçəklər gətirərək yad ediblər.
Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, insanlar ölkədəki karantin səbəbi ilə sosial məsafələrini qorumağa çalışırlar.
İnsanlar başsağılığı diləklərini yazaraq çiçəklərlə birlikdə sarayın hasarlarına düzüblər.
Qeyd edək ki, Böyük Britaniya Kraliçası II Yelizavetanın əri Şahzadə Filip bu gün 99 yaşında vəfat edib.
Bizim.Media