İmmunitetimizi necə gücləndirə BİLƏRİK? – Professordan AÇIQLAMA 

İmmunitetimizi necə gücləndirə BİLƏRİK? – Professordan AÇIQLAMA 

Hazırda oxunan: İmmunitetimizi necə gücləndirə BİLƏRİK? – Professordan AÇIQLAMA 

173698

Son günlər ətrafımızdakı insanların daha çox xəstə olduğunu müşahidə edirik. Qəribə bir virus özünü büruzə verib. Əlamətlər isə qrip, boğaz ağrısı, halsızlıq və s. Müalicə aldıqdan sonr isə bu xəstəliklə tam vidalaşa bilmirik. 

Bəs necə edək ki, bu viruslardan yaxa qurtaraq və immunitetimiz güclü olsun?

Tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qida əlavələri fayda gətirir, yoxsa FƏLAKƏT? – Gizlədilən HƏQİQƏT


O bildirib ki, qış aylarında, xüsusilə, virus infeksiyalarının çoxaldığı bir dövrdə karantin qaydalarına əməl etmək çox vacibdir: 

“Əllərin dezinfeksiyası, sabunla yuyulması, maska taxılması, xəstə admlarla təması azaltmaq profilaktik tədbirlərdir. Ancaq immunitetimizi gücləndirmək üçün ilk növbədə fiziki aktivliyi artırmalıyıq. Mümkün qədər vitaminli qidalar qəbul etməliyik. Meyvə və tərəvəzləri nümunə deyə bilərik. İnsanlar zərərli vərdişlərə daha maraqlı olurlar. Spirtli içki içmək, siqaret və s. immuniteti xeyli zəif salır. Xüsusilə, COVID-19 pandemiyasından sonra immun sistemiminin keçirdiyi təlatümlərin nəticəsində zərərli vərdişlərə qurşanmaq qəti məqsədəuyğun deyil”. 

Professor vurğulayıb ki, optimal qidalanmaya diqqət etməliyik: 

“Yağda qızarılmış, konserogen qidalardan mümkün qədər uzaq qalmalıyıq. Zülallar, yağlar, karbohidratlar, mineral maddələr rasionda olmalıdır. Amma bunlar mümkün qədər daha zərərsiz formada istehlak edilməlidir. Ümumiyyətlə, bizim qida mədəniyyətimizdə problemlər var. 
İmmuniteti gücləndirmək üçün mümkün qədər stresdən uzaq qalmalı, hər gün piyada müəyyən qədər məsafə qət edilməlidir”. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO