“İsmayıllıda bir şagirdin təhsil aldığı Tircan - ferma kənd ibtidai məktəbində müəllimlərin sayı iki nəfərdir”.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, Elm və Təhsil Nazirliyindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Şimal bölgəsində 1 şagird təhsil alan 2 MƏKTƏB – FOTO
Məlumatda qeyd edilib ki, ölkədə bir şagirdin təhsil aldığı 7 məktəb fəaliyyət göstərir:
“Bunlardan biri Ağsu rayonunda yerləşəm Axunlu kənd ibtidai məktəbidir. İsmayıllı, Lerik və Quba rayonlarında isə iki belə məktəb mövcuddur. Bunlar İsmayıllı rayonunda yerləşən Kələzeyvə kənd və Tircan - ferma kənd ibtidai məktəbləri, Lerik rayonunun Camaşair və Geskon kənd ibtidai məktəbləri və Quba rayonu Xırt və Qaravülüstü kənd ibtidai məktəbləridir. Tircan-ferma kənd ibtidai məktəbi istisna olmaqla hər bir məktəbin bir müəllimi var”.
Günay Şahmar, Bizim.Media