Rusiya səfirliyi Bakıdakı partlayışda ölənlərlə bağlı başsağlığı verdi - FOTO/VİDEO 

Rusiya səfirliyi Bakıdakı partlayışda ölənlərlə bağlı başsağlığı verdi - FOTO/VİDEO 

Hazırda oxunan: Rusiya səfirliyi Bakıdakı partlayışda ölənlərlə bağlı başsağlığı verdi - FOTO/VİDEO 

173540

Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Bizim.Media xəbər verir ki, bununla bağlı səfirliyin rəsmi “X” hesabında paylaşım edilib.

“Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağlamasını arzulayırıq”, - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən mebel sexində partlayış baş verib. Nəticədə 6 nəfər ölüb, 24 nəfər xəsarət alıb, 3 nəfər isə dağıntılar arasından sağ çıxarılıb. Axtarış xilasetmə işləri davam etdirilir.

 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO