X Frederik Danimarkanın yeni Kralı oldu

X Frederik Danimarkanın yeni Kralı oldu

Hazırda oxunan: X Frederik Danimarkanın yeni Kralı oldu

173385

Əlli iki il hökmranlıq edən Danimarka kraliçası II Marqrete taxtdan imtina edib.

Bizim.Media xəbər verir ki, mərasimi “Danmarks Radio” canlı yayımlayıb.

Taxtdan imtina hökumət üzvləri, kraliça, vəliəhd şahzadə və onun oğlu şahzadə Kristian (gələcək XI Kristian) iştirak etdiyi Dövlət Şurasının iclasında baş tutub.

Sənədi imzalamaqla Marqrete avtomatik olaraq 55 yaşlı oğlunu vəliəhd şahzadəsi, Danimarkanın yeni monarxı (X Frederik) edib.

Taxtdan imtina etdikdən sonra Marqrete Kralın müavini - regent vəzifəsini tutub.

Qeyd edək ki, Danimarkada taxt 1660-cı ildən miras qalır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO