“Hamının başı geosiyasətə qarışıb, ölkədə isə faciə baş verir” - Nigar Köçərli

“Hamının başı geosiyasətə qarışıb, ölkədə isə faciə baş verir” - Nigar Köçərli

Hazırda oxunan: “Hamının başı geosiyasətə qarışıb, ölkədə isə faciə baş verir” - Nigar Köçərli

173264
"Hamının başı geosiyasətə qarışıb, ölkədə isə faciə baş verir”.
 
Sfera.az bildirir ki, bunu "Əli və Nino" kitab mağazalarının sahibi Nigar Köçərli deyib. O, xüsusilə televiziyaları tənqid atəşinə tutub.

"Hər gün televiziya verilişlərində ailələri çıxarıb, bayağı şou yaradırlar. Səviyyəsiz, savadsız "ekspertlər" insanları linç edirlər, ağzına gələni danışırlar. Hamı bunu normal qəbul edir.  Hər gün qadınlar evdə döyülür, əzilir, təhqir olunur. Ən dəhşətlisi isə - vəhşicəsinə öldürülürlər. Hər kəs bunu bilsə də, susur. Polis çağırılanda isə, "biz ailə münaqişəsinə müdaxilə etmirik", deyir. Bəs qadınları kim qorumalıdır?”, - deyə Köçərli əlavə edib.

Qeyd edək ki, ötən gün Nizami rayonunda bir ailənin 3 üzvü qətlə yetirilib. Hadisədə diqqətçəkən amil isə qətldən öncə polisə məlumat verilməsi, lakin olay yerinə gedən əməkdaşların laqeydlik göstərməsi ilə bağlı iddialar olub.

Türkan
Sfera.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO