DYP yolların buz bağlaması ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ EDİB

DYP yolların buz bağlaması ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ EDİB

Hazırda oxunan: DYP yolların buz bağlaması ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ EDİB

173254

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən yanvarın 14-16-da paytaxt yollarının, eləcə də magistral yolların buz bağlama ehtimalı olduğu bildirilir. Hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərdən buz bağlayan yollarda avtomobil idarə etməmələri tövsiyə olunur. 

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev özünün “Facebook” hesabında qeyd edib.

O bildirib ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalı, yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər: 
“Həmçinin, sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO