Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Nürəddin Novruzov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində haqsızlığa məruz qalıb.
Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a 61 kiloqram çəki dərəcəsində çıxış edən idmançının özü məlumat verib.
O, ukraynalı Andrey Celeplə yarımfinal görüşündə hakimlərin ədalətsiz qərarına görə uduzduğunu bildirib:
“Rəqibə qalib gəldiyimi düşünürdüm, ancaq referilər qələbəni ukraynalı güləşçiyə verdilər. Məşqçilər də etiraz etdilər, lakin faydası olmadı. Hətta görüş başa çatdıqdan sonra Azərbaycan Güləş Federasiyasının nümayəndələri hakimlərdən epizodun təkrarına yenidən baxılmasını istədilər. Sonda sübut olundu ki, xal mənə verilməliydi.
Buna görə də həmin referilər turnirdən kənarlaşdırıldılar. Amma artıq gec idi. Finala rəqibim vəsiqə qazanmışdı”.
N. Novruzov daha əvvəl gənclər arasında Avropa və dünya çempionatlarında da hakim səhvləri ilə üzləşdiyini söyləyib:
“Bir dəfə dünya çempionu olmağa yaxın idim, ancaq orada da hakimlər yanlış qərar verdilər. Bu cür hadisə Avropa çempionatında da yaşanmışdı”.
Qeyd edək ki, Nürəddin Novruzov reytinq turnirini bürünc medalla başa vurub.
Bizim.Media

- A-
- A
- A+
İdman
12:05 / 12.01.2024
Güləşçimiz beynəlxalq turnirdə haqsızlığa məruz qaldı
Hazırda oxunan: Güləşçimiz beynəlxalq turnirdə haqsızlığa məruz qaldı
Hazırda oxunan: Güləşçimiz beynəlxalq turnirdə haqsızlığa məruz qaldı
173070
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.