Şimal bölgəsində havanın temperaturu ARTDI 

Şimal bölgəsində havanın temperaturu ARTDI 

Hazırda oxunan: Şimal bölgəsində havanın temperaturu ARTDI 

173054

Təbiətin qış quraqlığı davam edir. İki gün öncə şimal bölgəsinin də bəzi yerlərinə 1-2 sm qar yağsa da, bu, davamlı olmayıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hazırda bölgədə əsasən günəşli, bəzi yerlərdə dumanlı hava şəraiti hökm sürür. 

Dağlıq yaşayış məntəqələrində bu gün səhər qismən şaxtalı hava şəraiti qeydə alınıb. Quba Ərazi Hidrometeorologiya Müəssisəsinin məlumatına görə, ən çox şaxta Qubanın Qrız kəndində müşahidə edilib: -3,6 dərəcə. 
Son 2 gündə şaxtalı havada enmə qeydə alınıb. Yanvar ayının belə quraq və cüzi qar yağaraq keçməsi yaz-yay aylarında baş verəcək su problemindən xəbər verir. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO