Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO

Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO

Hazırda oxunan: Çindən yola salınan növbəti blok qatar Bakı limanına çatdı - FOTO

172983

Çinin Sian şəhərindən göndərilən növbəti blok qatar ötən gecə Bakı limanına çatdırılıb. 55 ədəd 40 futluq konteynerdən ibarət olan blok qatardakı yükün əsas hissəsini minik maşınları, plastik məhsullar, optik kabellər, parça və digər qeyri qida məhsulları təşkil edib.

Bakı limanından Bizim.Media-ya bildirilib ki, idxal üçün nəzərdə tutulan və Qazaxıstanın Aktau limanından “Berkut” fider gəmisi (konteynerdaşıyan) vasitəsi ilə gətirilən yüklər Bakı limanında operativ formada boşaldılaraq vaqonlara yüklənib və təyinatı üzrə yola salınıb.

Qeyd edək ki, yaxın günlərdə Çində formalaşdırılan bir neçə blok qatarın da Azərbaycanın idxalı və tranzit keçməklə qərb istiqamətinə daşınması nəzərdə tutulur.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO