“Mətbuat seçki prosesindəki çatışmazlıqları araşdırmalıdır”- Məzahir Pənahov

“Mətbuat seçki prosesindəki çatışmazlıqları araşdırmalıdır”- Məzahir Pənahov

Hazırda oxunan: “Mətbuat seçki prosesindəki çatışmazlıqları araşdırmalıdır”- Məzahir Pənahov

172909

“Seçkilərin keçirilməsində müxtəlif dövlət orqanlarının məsuliyyəti var. KİV isə birinci rol oynayır”.

Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən media subyektlərinin Azərbaycan Respublikası Prezidenti seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə deyib.

O bildirib ki, kütləvi informasiya vasitələrinin fəaliyyəti MSK üçün daha əhəmiyyətlidir:

“Seçkilər demokratiyanın əsas meyarı hesab olunur. Bu səbəbdən prosesə kənar müdaxilələr edilməyə çalışılması sirr deyil. Seçki prosesində hər kəs məsələlərə birinci vətəndaş instinkti ilə yanaşmalıdır. Vətən müharibəsindən sonra bir çox məsələlərin şahidi olduq. Hər birimiz bu məsələdə özümüzü məsuliyyətli tərəf kimi hiss etməli və ölkəmizə qarşı mənfi yanaşmaların qarşısının alınmasında əlimizdən gələni etməliyik. Bu baxımdan mətbuat hər zaman çalışmalıdır ki, seçki proseslərini izləməklə yanaşı, seçki prosesindəki çatışmazlıqları da yaxından araşdırsın”.

Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.

Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO