Şimal bölgəsində avtomobil yolları buz bağlayıb

Şimal bölgəsində avtomobil yolları buz bağlayıb

Hazırda oxunan: Şimal bölgəsində avtomobil yolları buz bağlayıb

172881

Şimal bölgəsində bu gecə qar yağmasa da hava şaxtalı keçib. Bölgənin, xüsusən Quba-Qusarın kəndlərarası və mərkəzi avtomobil yolları buz bağlayıb.

Bizim.Media xəbər verir ki, ən çox şaxta şimal bölgəsində Xızı rayonunun Altıağac qəsəbəsində qeydə alınıb: -10 dərəcə.

Qubanın Qrız kəndində -7, Xaltanda -9, Quba şəhərində -4-7, Təngəaltı kəndində -6 dərəcə şaxta müşahidə edilib.
Buz bağlamış avtomobil yollarında hər hansı qəza  barədə məlumat yoxdur. Avtomobil yollarına səhər saatlarından duz qarışıq qum tökülməsinə başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO