Oğuzdakı qəzanın TƏFƏRRÜATLARI - FOTO

Oğuzdakı qəzanın TƏFƏRRÜATLARI - FOTO

Hazırda oxunan: Oğuzdakı qəzanın TƏFƏRRÜATLARI - FOTO

172821

Qaramaryəm- İsmayıllı- Şəki avtomobil yolunun Oğuz rayon ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon sakinləri Əhməd Cabbarovun idarə etdiyi "VAZ-2106" markalı, 48BF158 dövlət nömrə nişanlı avtomobillə Natiq Qəniyevin idarə etdiyi "VAZ-2107" markalı, 55 BK 872 dövlət nömrə nişanlı avtomobillər rayonun Calut kəndi ərazisində toqquşub.
 

MÖVZU İLƏ BAĞLI:

Oğuzda minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO


Hadisə yerinin ilkin tədqiqi və şahidlərin sözlərinə görə, qəzaya səbəb hər iki avtomobili idarə edən sürücülərin yol hərəkəti qaydalarına, xüsusən ötmə qaydalarının tələblərinə əməl etməməsi olub.  

İlk növbədə “VAZ 2106” markalı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını pozaraq, digər nəqliyyat vasitəsinin qarşısına çıxıb. 

Qəza nəticəsində sürücülərdən biri, eləcə də hər avtomobildə bir nəfər olmaqla, ümumilikdə üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilən Təcili Tibbi Yardım briqadasının köməyi ilə yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda həmin şəxslərin müayinə və müalicələri aparılır.

Hadisə Rayon Polis Şöbəsində araşdırılır.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO