Xan qızının heykəlinə VANDALİZM, Şarl De Qollun Bakıdakı barelyefinə isə SAYĞI… 

Xan qızının heykəlinə VANDALİZM, Şarl De Qollun Bakıdakı barelyefinə isə SAYĞI… 

Hazırda oxunan: Xan qızının heykəlinə VANDALİZM, Şarl De Qollun Bakıdakı barelyefinə isə SAYĞI… 

172784

Müasir heykəllər insanların nəyisə, kimisə daşa çevirmək bacarığının  nəticəsidir. Qədim dövrdə “daş adamlar”a mədəniyyət nümunəsi kimi baxılmasa da sonradan heykəltaraşlıq xüsusi peşəyə, heykəllər sənət nümunəsinə çevrilib. Daş dövrü adamlarının bizə məlum olmayan səbəblə yaratdıqları nümunələr onların əbədi yaşamasına, xatırlanmalarına vüsət verib.

Müasir dövrdə əbədi yaşatmaq istədiyimiz insanlara heykəllər ucaltmaq ənənə halını alıb. Dünyada olduğu kimi, ölkəmizdə də tanınmış şəxslərə heykəllər ucaldılıb, baralyeflər qoyulub. Hətta bəzi tanınmış simalara ölkənin hüdudlarından kənarda da abidələr ucaldılıb. Belə şəxsiyyətlərdən biri də Azərbaycan şairi Xurşidbanu Natəvandır. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransa Natəvanın heykəli ilə bağlı rüsvayçılığı aradan qaldırmalıdır - BƏYANAT


Natəvanın heykəli 2017-ci ildə Fransanın Evian-le Ba şəhərində qoyulub. Heykəl 2015-ci ildə İsmayıllı şəhəri ilə Fransanın  Evian-Le Ba şəhəri arasında əməkdaşlıq nizamnaməsi çərçivəsində yaradılan parkda ucaldılıb.

Lakin son zamanlar Fransanın apardığı anti-Azərbaycan siyasəti çərçivəsində mədəniyyət abidəsinin söküləcəyi barədə Fransa mətbuatında məlumatlar yer alıb. Bu hadisələrdən sonra İsmayıllı şəhəri bəyanat yayaraq, iki şəhər arasında Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşdüyünü elan edib. 

Vaxtilə fransız yazıçısı Aleksandr Dümanı qonaq edən Xan qızının heykəlinin sökülməsi və üstünə boya atılaraq təhqir edilməsi mədəniyyət adına üzücü haldır. Fransanın bu addımından sonra Azərbaycan ədəbiyyat və mədəniyyət adamlarının Fransız mütəffəkirləri ilə münasibətləri, ölkəmizdə onlara olan münasibət gündəmə gəlib. Azərbaycanda tanınmış fransız yazıçılarının, məşhur şəxslərin qonaq olması və onların adına büstün, küçənin olması müzakirələrə səbəb olub.

Bizim.Media-nın araşdırmasına görə, paytaxtda Fransanın məşhur prezidentinin şərəfinə abidə var.

Belə ki, Bakının Neftçilər prospektində, İsa bəy Hacınskinin evinin üzərində Fransanın məşhur siyasi xadimi, xalqının alman faşizminə qarşı müqavimətinə başçılıq etmiş Şarl De Qollun barelyefi qoyulub. Qız qalasının yaxınlığındakı barelyefin üzərində Şarl De Qollun 1944-cü ilin noyabr və dekabr aylarında həmin evdə qaldığı qeyd olunub.
Tarixi sənədlərdə Şarl De Qollun İkinci dünya müharibəsi iştirakçısı Əhmədiyyə Cəbrayılovun izi ilə Bakıya gələrək bir müddət “Hacınski evi”ndə qaldığı yazılıb. Qollun paytaxtda olduğu müddətdə Azərbaycan Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Koroğlu" operasına da tamaşa etdiyi bildirilib. Onun Əhmədiyyə Cəbrayılovla qan qardaşlığına söz verdikləri də ikisinin dostluğu haqqında yazılanlar arasındadır.

Hazırda Üzeyir Hacıbəyovun ev muzeyində rəssam Ənvər Əliyevin Şarl De Qoll ilə Üzeyir Hacıbəyovun birgə tamaşanı seyr etməsini təsvir edən tablo saxlanmaqdadır.

Bir sözlə, Azərbaycan xalqı fransızlardan fərqli olaraq haçansa evinin qonağı olmuş şəxsin daşlaşmış xatirəsinə də sayğıyla yanaşır…


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi bəndinə uyğun olaraq hazırlanıb.

Günay Şahmar, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO