Baş direktor: ““Sabina” mağazalar şəbəkəsinin bağlanması haqqında yayılanlar yalandır”

Baş direktor: ““Sabina” mağazalar şəbəkəsinin bağlanması haqqında yayılanlar yalandır”

Hazırda oxunan: Baş direktor: ““Sabina” mağazalar şəbəkəsinin bağlanması haqqında yayılanlar yalandır”

172679

““Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova bildirib.

O deyib ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətini davam etməkdədir.

“Mətbuatda və sosial şəbəkələrdə “Sabina P və C MMC”nin ləğvi ilə əlaqədar yayılan xəbərlərə münasibətdə bildiririk ki, 2019-cu ildə “Adore Kompani” MMC tərəfindən “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib.
“Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla, “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil”, - deyə N.İsmayılova əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO