“Google” öz prosessorunu istehsal edəcək

“Google” öz prosessorunu istehsal edəcək

Hazırda oxunan: “Google” öz prosessorunu istehsal edəcək

17264

“Google”un növbəti qabaqcıl smartfonları şirkətin öz prosessoru ilə təchiz ediləcək.

Bizim.Media xəbər verir ki, bu haqda “9to5Google” nəşri məlumat verib.

İnternet nəhənginin daxili sənədlərinə əsasən, şirkət “Samsung”un mühəndisləri ilə birgə prosessor üzərində işləyir.

“Whitechapel” adlandırılacaq prosessor ilin sonunadək təqdim olunacaq.

Ehtimal ki, yenilik payızda nümayiş etdiriləcək “Pixel 6” smartfonunda tətbiq ediləcək. “Google” şirkətinin “Pixel” seriyasının aktual smartfonları hazırda “Qualcomm”un prosessoru ilə təchiz ediliblər.

Jurnalistlər belə hesab edirlər ki, ABŞ şirkəti öz prosessorunu hazırlamaqla tədarükçülərdən asılılığını azaltmaq və öz qurğularının məhsuldarlığını artırmaq niyyətindədir.

İlk növbədə sözügedən prosessor smartfonlara, bundan sonra isə “Chromebook” noutbuklarına quraşdırılacaq.

Jurnalistlər bununla bağlı “Google” şirkətinə müraciət ediblər, ancaq şirkət məlumat verməkdən imtina edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO