Fransa tarixində ən gənc baş nazir - FOTO

Fransa tarixində ən gənc baş nazir - FOTO

Hazırda oxunan: Fransa tarixində ən gənc baş nazir - FOTO

172639

34 yaşlı Qabriel Attal Fransanın baş naziri təyin edilib. Bununla da o,  ən gənc hökumət başçısı kimi Fransa tarixinə düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Fransa Konstitusiya Şurasının hazırkı prezidenti Loran Fabius indiyə qədər bu rekordun sahibi olub. O, 1984-cü ildə 37 yaşında baş nazir təyin edilib.

İndi Qabriel Attal yeni kabinetin formalaşdırılması ilə bağlı təkliflərini Fransa prezidenti Emmanuel Makrona təqdim etməlidir.

Bundan əvvəl Fransa Nazirlər Kabinetinə Elizabet Born rəhbərlik edirdi.

Xatırladaq ki, Attal qeyri-ənənəvi cinsi oriyentasiyasını gizlətmir. O, Emmanuel Makronun "İntibah" partiyasının rəhbəri Stefan Sejournet ilə münasibətdədir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO