Maduro son nöqtəni qoydu:

Maduro son nöqtəni qoydu: "Qayana ilə mübahisəli ərazi bizimdir"

Hazırda oxunan: Maduro son nöqtəni qoydu: "Qayana ilə mübahisəli ərazi bizimdir"

172624

Qayana ilə mübahisəli əraziyə ölkəmizin tarixi hüquqları var.

Bizim.Media​ xarici mətbuata istinadən xəbər verir ki, bu fikirləri Venesuela prezidenti Nikolas Maduro səsləndirib.

Mənbə yazır ki, ölkə başçısı həmin mübahisəli bölgənin (Qayana-Essekibo) Venesuelanın 24-cü ştatı kimi elan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiq edərək ikinci oxunuş üçün Parlamentə göndərib.

Xatırladaq ki, ötən il dekabrın 6-da Parlament Venesuelanın tərkibində 24-cü Qayana-Essekibo ştatının yaradılmasını nəzərdə tutan bu qanunu birinci oxunuşda qəbul edib.

Qeyd edək ki, Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir. 

Ərazi münaqişəsi 2015-ci ildə daha da kəskinləşib. Belə ki, bu bölgədə ən azı 10 milyard barel olan neft yataqları kəşf edilib. Onun işlənməsi isə Qayana tərəfindən ExxonMobil neft şirkətinə tapşırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO