Perinatal Mərkəzindəki yanğının səbəbi BİLİNDİ – Xəstəxana rəhbərliyini hansı CƏZA GÖZLƏYİR? 

Perinatal Mərkəzindəki yanğının səbəbi BİLİNDİ – Xəstəxana rəhbərliyini hansı CƏZA GÖZLƏYİR? 

Hazırda oxunan: Perinatal Mərkəzindəki yanğının səbəbi BİLİNDİ – Xəstəxana rəhbərliyini hansı CƏZA GÖZLƏYİR? 

172608

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində yanğın baş verib.

Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) birgə məlumatında yanğın zamanı 4 uşağın öldüyü, 3 nəfərin tüstüdən zəhərləndiyi qeyd olunub.

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Perinatal Mərkəzdən təxliyyə görüntüləri yayıldı - FOTO/VİDEO


Bəzi vaxtlarda müəyyən səbəblərdən, ya ehtiyatsızlıqdan, ya səhlənkarlıqdan, bəzən də bilərəkdən dövlət və özəl müəssisələrdə, mənzillərdə, ictimai iaşə obyektlərində yanğınlar baş verir. Bu hadisələrin heç də hamısı insan itkisi olmadan ötüşmür. Elə bugünkü yanğın hadisəsi kimi… 

İctimaiyyətdə gedən məlumatlardan da belə aydın olur ki, son olayın baş verməsində də səhlənkarlıq və təhlükəsizlik tədbirlərinin önlənməməsi faktoru dayanır. Çünki yanğın yalnız bir otaqda baş verib və rəsmi qurumların bildirdiyinə görə arealının genişlənməsinə imkan verilməyib, yəni tez bir zamanda alova müdaxilə olunub.

Müdaxilə tədbirləri operativ şəkildə aparılıbsa, bəs, niyə ölüm halı qeydə alınıb?

Demək ki, tüstüdən zəhərlənərək ölən yenidoğulmuşların təxliyyəsi vaxtında aparılmayıb. Başqa bir nüans daha var. Yanğına səbəb kimi elektrik mənşəli fakt əsas gətirilir. Ehtimal olunur ki, yanğına səbəb hansısa tibb personalının və ya xəstəxanada müalicə alan xəstənin elektrik avadanlıqdan istifadə zamanı məsuliyyətsiz davranışıdır. İstənilən halda bütün versiyaları araşdırmaq aidiyyəti qurumların işidir. Amma ortada səhlənkarlıq və təhlükəsizlik tədbirlərinin önlənməməsi var. Buna görə isə cəza mexanizmi nəzərdə tutulub. 

Bir sözlə, yuxarıda göstərilən maddələr təsdiqini taparsa, hadisənin baş verməsinə səbəb olan şəxsləri (şəxsi) hansı cəza gözləyir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Əsabəli Mustafayev deyib ki, hadisənin baş verməsində təqsirləndirilən şəxs hər iki maddənin orta həddi ilə azadlıqdan məhrum edilə bilər:

“Bu, ilkin istintaqdır, ola bilsin ki, yeni maddələr də əlavə olunsun. Hazırda hansı maddələrin öz təsdiqini tapmasını demək çətindir. Əgər hər iki maddə təsdiqini tapsa, onları birləşdirib bir cəza tətbiq ediləcək. Adətən belə işlərdə hətta ikisini birləşdirsələr belə 5-6 ildən artıq iş verilmir. Yəni minumumdan artıq olmayacaq.
Cinayət Məcəlləsinin 225.3. maddəsində üç ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma qeyd olunub. Digər 314.3 maddəsində isə azadlıqdan məhrumetmənin müddəti üç ildən yeddi ilədək göstərilib. İstənilən halda ehtiyatsızlıqdan sayıldığı üçün ağır cəza verilmir. Amma orada səhlənkarlıq məsələsi də var, yəni təhlükəsizlik tədbirlərinin pozulması da ola bilər. Burada köməksiz vəziyyətdə olanlar və ölüm sayı nəzərə alınacaq. Hər iki maddənin orta həddini, məsələn 7 və 5 il götürərək, birləşdirəcəklər. Amma bu rəqəmin də orta həddini müəyyn edərək, təxminən 8 il azadlıqdan məhrumetmə cəzası tətbiq edə bilərlər”.

Günay Şahmar, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO