“28 May”dan Dənizkənarı Bulvara qədər yeni dəhliz YARADILACAQ 

“28 May”dan Dənizkənarı Bulvara qədər yeni dəhliz YARADILACAQ 

Hazırda oxunan: “28 May”dan Dənizkənarı Bulvara qədər yeni dəhliz YARADILACAQ 

172493

Bakı şəhərinin üfüq xətti və “dənizdən görünən fasadı” müxtəlif hündürlüyə malik tikililərlə, habelə amfiteatrın içərilərinə doğru uzanan baxış dəhlizləri və mənzərəli hündürlüklərlə təmsil olunur.  

Bizim.Media xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında yer alıb.  

Planda bildirilib ki, şəhərin təbii topoqrafik quruluşu əlamətdar və çoxmərtəbəli tikililərin konturları ilə birləşərək onları bütövləşdirir. Mərkəzi şəhərə açılan bu qapılar dənizkənarı ərazidən şəhərə yaxınlaşma təəssüratı yaradır.  
Bakının dəniz fasadı onu iki tərəfdən hüdudlayan iki müasir tikili - Alov Qüllələri və Aypara kompleksi və onların mərkəzində yerləşən, qədim Bakının ürəyi hesab olunan İçəri şəhər və Qız qalası ilə xarakterizə olunur. Alov Qüllələri və Aypara kompleksinin arasında uzanan Dənizkənarı Milli Parkın ərazisi bir-birindən müəyyən məsafədə yerləşən nöqtəvi tikililərlə təmsil olunur.  

Bu tikililər dənizkənarı ərazilərin ümumi fonunu formalaşdıran Mərkəzi Planlaşdırma Rayonunun bir hissəsidir. Bakı şəhərinin Baş Planı çərçivəsində bu ərazi ilə bağlı xüsusi təlimatların tətbiqi yolu ilə şəhərin bu simasının qorunması nəzərdə tutulur.  

Bu misilsiz mənzərənin daha aydın və nəzərə çarpan edilməsi üçün Baş Plan çərçivəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi təklif olunur:  

• şəhərin dənizkənarı ərazilərlə əlaqəsinin gücləndirilməsi, yəni yeni 28 May dəhlizinin formalaşdırılması;  

• Mərkəzi Planlaşdırma Rayonunun şimal sərhədi olaraq Qış parkının müəyyən edilməsi və əlamətdar binalar üçün iki sahənin (yeni Mərkəzi Park) müəyyən edilməsi ilə onun şərq uzantısının inkişafı:  

Mərkəzi Parkın şərq hüdudunun yamaclarında yeni əlamətdar binaların inşası və 28 May stansiyasında meydan ərazisinin transformasiyası. Bu yanaşma Mərkəzi Planlaşdırma Rayonun dörd künc nöqtəsini müəyyən edəcək.

Hər bir künc nöqtə şəhərətrafı ərazilərindən mərkəzə yaxınlaşma zamanı mayak rolunu oynayacaq.

Bakı göllərinin ətrafının inkişafı Baş Planın planlaşdırma strategiyasının əsas hədəflərindəndir. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər Bakı üçün yeni şəhər fasadının yaradılması və göl sahilləri boyu yeni çoxmərtəbəli binaların inşası imkanı təmin edəcək. Yerli 171 səviyyədə həyata keçiriləcək xüsusi inkişaf planlarının hazırlanması zamanı uyğun ərazilər və iqtisadi məqsədəuyğunluq təhlillərinin aparılması tələb olunacaq. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO