Ötən il Bakıda 2 minə yaxın avtoqəza OLUB  

Ötən il Bakıda 2 minə yaxın avtoqəza OLUB  

Hazırda oxunan: Ötən il Bakıda 2 minə yaxın avtoqəza OLUB  

172455

Ötən il ərzində Bakıda müxtəlif küçə və prospektlərdə 1955 yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ötən il ərzində görülən işlərə dair açıqlanan məlumatda bildirilib. 

Məlumata görə, Ceyhun Səlimov və Əbdülvahab Salamzadə küçələrinin kəsişməsində yeni istifadəyə verilmiş svetoforun vaxt planı mütəxəssislər tərəfindən optimallaşdırılıb və 3-cü mikrorayon dairəsindən Ə.Salamzadə küçəsi istiqamətində pik saatlarda nəqliyyat vasitələrinin hərəkətinin intensivliyi təmin edilib.

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə və Məhəmməd Xiyabani küçələrinin kəsişməsindəki svetoforun iş rejiminə dəyişiklik tətbiq edilib və 20 Yanvar dairəsi istiqamətində nəqliyyat axınının intensivliyi artıb.

Təbriz və Əhməd Rəcəbli küçələrinin kəsişməsində Təbriz küçəsində yaranan sıxlığın aradan qaldırılması məqsədi ilə həyata keçirilən layihə nəticəsində sıxlıq aradan qalxıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.
Səməd Vurğun və Şamil Əzizbəyov küçələrinin kəsişməsində pik saatlarda Səməd Vurğun küçəsindən sola dönən nəqliyyat axınında yaranan sıxlığın aradan qaldırılması məqsədilə sözügedən yorayrıcındakı svetoforun iş rejiminə dəyişiklik edilib.

Nəticədə Səməd Vurğun küçəsində nəqliyyatın intensivliyi artıb və sıxlıq aradan qalxıb. 

Qara Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində səhər pik saatlarında Özbəkistan küçəsi istiqamətində svetoforun vaxtı bir neçə saniyə artırılıb və qeyd olunan küçədə müşahidə olunan sıxlıq azalıb. 

Paytaxt yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə 44 küçə və prospekt üzrə 93 min 812 dəfə “yaşıl dalğa” rejimi tətbiq olunub. 

Müxtəlif küçə və prospektlərdə il ərzində baş verən 1.955 yol-nəqliyyat hadisəsi ilkin olaraq Mərkəzə məxsus kameralar vasitəsilə qeydə alınıb və qəza səbəbindən yollarda yaranan sıxlığın qarşısını almaq üçün dərhal DYP-yə məlumat verilərək müvafiq tədbirlərin görülməsi təmin edilib. 

Qeyd olunub ki, yanvar ayında 132, fevralda 189, martda 149, apreldə 156, mayda 174, iyunda 179, iyulda 179, avqustda 186, sentyabrda 161, oktyabrda 160, noyabrda 141, dekabrda 149 yol-nəqliyyat hadisəsi olub. 

Bununla yanaşı, nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan 2.013 nasaz nəqliyyat vasitəsi kameralar vasitəsilə aşkarlanıb və sıxlığın qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi təmin edilib. 

Bundan başqa, yanvarda 147, fevralda 151, martda 142, apreldə 138, mayda 161, iyunda 176, iyulda 210, avqustda 235, sentyabrda 171, oktyabrda 192, noyabrda 144, dekabr 146 nasaz nəqliyyat vasitəsi aşkarlanıb. 
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında sıxlığı azaltmaq, eləcə də yol hərəkəti iştirakçılarının rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə hazırda bu istiqamətdə işləri davam etdirir. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO