Rusiyada Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında ATIŞMA - VİDEO

Rusiyada Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında ATIŞMA - VİDEO

Hazırda oxunan: Rusiyada Rövşən Lənkəranski ilə Lotu Qulinin adamları arasında ATIŞMA - VİDEO

172348

Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib.

Bizim.Media lent.az-a istinadən xəbər verir ki, hadisə Tümen şəhərində baş verib.

Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan Cavid Astaralı avtomobilində silahlı hücuma məruz qalıb.

Yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən Cavid Astaralının hərəkətdə olan avtomobilinə silahla hücum edir. 

Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində Cavid Astaralı bir neçə güllə yarası alıb.

Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. 

Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO