Nadirdən Gülbahar Şükürlünün dəfnində məşhurların iştirak etməməsi ittihamlarına CAVAB - VİDEO

Nadirdən Gülbahar Şükürlünün dəfnində məşhurların iştirak etməməsi ittihamlarına CAVAB - VİDEO

Hazırda oxunan: Nadirdən Gülbahar Şükürlünün dəfnində məşhurların iştirak etməməsi ittihamlarına CAVAB - VİDEO

172247

"Bilirsiniz ki, dünən axşam saatlarında Əməkdar artist, qarmon ustadı Gülbahar Şükürlü dünyasını dəyişib. Sənətkarın cənazəsi yerdə idi, hələ onu məscidə yumağa aparmamışdılar mən və mənim həmkarım Əməkdar artist Nüşabə Ələsgərli artıq orada idik. Başqa heç kim orada yox idi".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında yayımladığı videoaçıqlamada deyib.

Sənətçi sosial mediada yazılan "Gülbahar Şükürlünün dəfn mərasiminə sənət yoldaşları gəlmədi" sözlərinin ona aid olmadığını və qarmon ustadının vəfat etməzdən bir neçə saat sonra həmkarı Əməkdar artist Nüşabə Ələsgərli ilə evinə yollandığını bildirib:

"Bu gün Gülbahar xanımın dəfnində bir-iki məşhur olub, amma yazırsınız ki, haradadır bəs digər sənətçilər? Mən, Nadir orada idim. Birinci mən və  Nüşabə xanım orada olanda heç kim yox idi. Təbii ki, övladları, bacısı, qardaşı, ailə üzvləri də vardı. Axşam saat 22:00-da biz orada idik. Haqqa girməyin! Gülbahar xanım bizim dostumuz, canımız, gözəl sənətkar idi. Bəstir bu günlərdə zəhərinizi tökdünüz. Etməyin belə şeylər. Siz axı nə bilirsiniz kim nə edir, kim nə etmir? Öz işlərinizlə məşğul olun. Yenə söyləyirəm ki, mən orada idim.

Allah Gülbahar xanıma rəhmət eləsin! Gülbahar xanım xəstəliyi ilə bağlı çox əziyyət çəkirdi. Onu da mən çox gözəl bilirəm. Yeganə sənət dostlarından idim ki, mən onun yanında olmuşam. Heç mən doğmalarımı o qədər görmürdüm nə qədər Gülbahar xanımı.

Ona tez-tez baş çəkib, yanında oturub, deyib-gülüb, könlünü alırdım. Mən vəfalı dostam. Təki hamı mənim kimi vəfalı olsun".

Qeyd edək ki, Gülbahar Şükürlü uzun sürən xərçəng xəstəliyindən ötən axşam dünyasını dəyişib.
 

Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO