Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTO/VİDEO

Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə ağır yol qəzası: 2 nəfər ölüb, 8 nəfər yaralanıb - FOTO/VİDEO

172109

Bu gün səhər saat 07:45 radələrində Türkiyənin Qars şəhərində iki sərnişin avtobusunun və bir yük maşınının iştirakı ilə zəncirvari yol qəzası baş verib.

Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ərzurumun Horasan rayonu ilə Qarsın Sarıqamış rayonu arasındakı avtomobil yolu üzərində baş verən qəzaya ağlamlıq, jandarma və axtarış-xilasetmə qrupları sövq edilib. 

İkisi ağır olan yaralılar Sarıqamış Dövlət Xəstəxanasına göndərilib. 

Qəzaya uğrayan avtobuslardan birinin Kocaeli Sarıqamış Dərnəyinin tələbi ilə Dərincə Bələdiyyəsi tərəfindən icarəyə götürüdüyü və Sarıqamışda keçirilən anım mərasimlərinə gedən insanları daşıdığı məlum olub.
Qəzanın eyni zamanda ərazidəki qar, duman və buzlanma səbəbindən baş verdiyi bildirilir.
 





Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO