Cəlilabadda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.
Belə ki, ailə üzvləri 1998-ci il təvəllüdlü Solmaz Zeynalova, 1959-cu il təvəllüdlü İlham Zeynalov və 1963-cü il təvəllüdlü Xanımnisə Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib. İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərlənib.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu