Zelenski əsirlərin mübadiləsindən danışdı: “Ən böyük əməliyyatlardan biridir...” - VİDEO

Zelenski əsirlərin mübadiləsindən danışdı: “Ən böyük əməliyyatlardan biridir...” - VİDEO

Hazırda oxunan: Zelenski əsirlərin mübadiləsindən danışdı: “Ən böyük əməliyyatlardan biridir...” - VİDEO

171955

Yanvarın 3-də baş vermiş hərbi əsirlərin mübadiləsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük əməliyyatlardan biridir.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Bu gün hər şeyə, bütün çətinliklərə baxmayaraq, 200-dən çox insanımızı rus əsirliyindən azad edə bildik. Ukrayna mübadilə üçün bütün imkanlardan istifadə edir. Ukrayna hər bir beynəlxalq görüşdə məhbusların qaytarılması mövzusunu qaldırır. Biz nə qədər çox rusu əsir götürsək, mübadilə danışıqları bir o qədər effektiv olar”, - prezident bildirib.

Qeyd edək ki, ötən gün BƏƏ-nin vasitəçiliyi ilə aparılan əsir mübadiləsi danışıqları nəticəsində Rusiya 248, Ukrayna isə 230 əsiri geri alıb.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO