“Səbail” hazırlığa başladı

“Səbail” hazırlığa başladı

Hazırda oxunan: “Səbail” hazırlığa başladı

171923

“Səbail” Premyer Liqanın 2023/2024-cü illər mövsümünün ikinci mərhələsi üçün hazırlıqlara start verib. 

Bizim Media xəbər verir ki, komanda baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bu gün “ASCO Arena”da yeni ildə ilk məşqini keçirib.

“Səbail” hazırlığın növbəti mərhələsi üçün yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. “Miracle Resort” hotelində məskunlaşacaq "dənizçilər" qonşu ölkədə 2 yoxlama oyunu keçirəcək.
Rəqiblər Rumıniya Super Liqa təmsilçisi “Universitatea Cluj” (12 yanvar) və Rusiya Premyer Liqa klubu “Fakel” (15 yanvar) olacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO