Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması halları ilə bağlı əhaliyə müraciət edib.
Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:
“Nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində DİN, o cümlədən DYP xidməti tərəfindən ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirilib, bu sahədə qarşıya qoyulmuş vəzifələrin icrası diqqət mərkəzində saxlanılıb.
Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilid sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 03.01.2024
DYP-dən avtomobillərin qaçırılması halları ilə bağlı əhaliyə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən avtomobillərin qaçırılması halları ilə bağlı əhaliyə MÜRACİƏT
Hazırda oxunan: DYP-dən avtomobillərin qaçırılması halları ilə bağlı əhaliyə MÜRACİƏT
171874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.