Şahmatçılarımız reytinq cədvəlində İRƏLİLƏYİB 

Şahmatçılarımız reytinq cədvəlində İRƏLİLƏYİB 

Hazırda oxunan: Şahmatçılarımız reytinq cədvəlində İRƏLİLƏYİB 

171660

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısını açıqlayıb. 

Bizim.Media xəbər verir ki, Azərbaycanın 5 şahmatçısı yeni cədvəldə irəliləyib. 

Şəhriyar Məmmədyarov hesabındakı 2726 əmsalla iki pillə irəliləyərək, 24-cü yerə yüksəlib.

Teymur Rəcəbov (2723) mövqeyində (27) qalıb. İlk “100-lük”dəki digər şahmatçımız Rauf Məmmədovda da irəliləmə müşahidə olunub. O, 2651 əmsalla 87-ci pilləyə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.
Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb. Bu ölkənin digər qrossmeysteri Hikaru Nakamura (2788) ilk “üçlüy”ü qapayıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO