2024-cü ildə GUAM-a Azərbaycan SƏDRLİK EDƏCƏK 

2024-cü ildə GUAM-a Azərbaycan SƏDRLİK EDƏCƏK 

Hazırda oxunan: 2024-cü ildə GUAM-a Azərbaycan SƏDRLİK EDƏCƏK 

171610

Bu gündən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar Milli Əlaqələndiricilər Şurasının dekabrın 1-dəki iclasında qəbul edilib.

İclasda, həmçinin Ukraynanın GUAM-da sədrliyinin yekunlarını və Azərbaycan sədrliyinin prioritetlərini nəzərdən keçirib.
Qeyd edək ki, Ukraynanın 2023-cü ildə sədrliyi dövründə GUAM-a üzv dövlətlərin suverenliyi və ərazi bütövlüyü, yeni iqtisadi imkanların yaradılması, Avropa və Asiya bazarları arasında ticarətin inkişafı, azad ticarət zonasının tam fəaliyyət göstərməsinin təşviqi, GUAM nəqliyyat dəhlizi ilə bağlı Avropa Komissiyası ilə qarşılıqlı fəaliyyət, gömrük prosedurlarının sadələşdirilməsi və GUAM nəqliyyat dəhlizi çərçivəsində daşınma üçün sənədlərə inteqrasiyalı yanaşma prioritet məsələlər olub.

2020-ci ildə Azərbaycanın sədrliyi dövründə isə prioritet istiqamət enerji təhlükəsizliyi, nəqliyyat, ticarət dövriyyəsi idi.

Xatırladaq ki, GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-da sədrlik edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO