Bakıya xas olan küləkli havalar son vaxtlarda bölgələrdə də hökm sürür. Ötən həftə ölkənin bütün ərazisində əsən intensiv küləklər bir sıra fəsadlar törədib. Bəzi rayonlarda işıq dirəklərini, ağacları aşırıb, tikililərin damlarını uçurub. Ümumiyyətlə, son illərdə bölgələrdə güclü küləkli havaya tez-tez rast gəlinir.
Bəs, bölgələrdə əvvəlki illərə nisbətən əsən güclü yellərin səbəbi nədir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya bölüşən ekoloq Telman Zeynalov bunun iqlim dəyişilməsi ilə əlaqədar olduğunu bildirib:
“Azərbaycanda Bakı daxil olmaqla bütövlükdə Aran bölgəsi yarımsəhra zonasıdır. Bu zonada külək həmişə olur. Hava quraqlıq keçdiyi, yağıntıların miqdarı az olduğu üçün su qıtlığı yaranır. Bu il o biri illərə nisbətən yağıntı bir az çox düşüb.
Çünki bu bölgələrə 20 ildi yağıntı düşmürdü. Yəni külək bu dəyişmələrlə əlaqədardır. İqlim dəyişir, havalar gah soyuyur, gah isti olur. İndi soyuma prosesi gedir, iqlim də öz şəraitinə qayıdır”. Ekoloq Azərbaycanda küləklərin hər mövsümə, fəsilə xas olduğunu qeyd edib.
Günay Şahmar, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 01.01.2024
Bölgələrdə güclü külək niyə SƏNGİMİR? – MARAQLI SƏBƏB
Hazırda oxunan: Bölgələrdə güclü külək niyə SƏNGİMİR? – MARAQLI SƏBƏB
Hazırda oxunan: Bölgələrdə güclü külək niyə SƏNGİMİR? – MARAQLI SƏBƏB
171560
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.