Şəkinin kəndlərində küləyin törətdiyi FƏSADLAR - FOTO

Şəkinin kəndlərində küləyin törətdiyi FƏSADLAR - FOTO

Hazırda oxunan: Şəkinin kəndlərində küləyin törətdiyi FƏSADLAR - FOTO

171500

Son bir neçə gündə Şimal-Qərb bölgəsində müşahidə olunan şiddətli külək Şəki rayonunun ümumulukdə 6 mindən çox əhalisi olan Baş Laysqı, Cunud, Qumux və Şin kəndlərində 20-yə qədər ev və köməkçi tikililərin damını uçurub, divarları, metal hasarları, həyət qapılarını dağıdıb. Nəticədə kəndlərin işıq və qaz təchizatında fasilələr yaranıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Baş Laysqı kənd sakini Səməd Səlimovun yenicə inşa etdiyi evin damının bir hissəsini külək zədələyib. Yaxud Şin kəndində Ovçu Nəcəfova məxsus evin dam örtüyünü külək tamamilə dağıdaraq başqa istiqamətə aparıb. 


Kənd bələdiyyə sədri Zənfirə İsmayılovanın sözlərinə görə, zərərçəkənlərin təsərrüfatlarına baxış keçirilib və təbii fəlakətlə bağlı aidiyyatı orqanlara məlumat verilib.

Bələdiyyə sədri onu da əlavə edib ki, şiddətli küləklərdən sonra ümimilikdə 20-yə yaxın təsərrüfata zərər dəyib. Havaların qeyri-sabit keçməsini nəzərə alan sakinlər əsasən yaşayış evlərinin dam örtüyünü iməcilik yolu ilə bərpa edir. 









Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO