Polşa prezidenti Anjey Duda ölkənin Milli Təhlükəsizlik Bürosunu toplayaraq, təcili iclas keçirir.
Bizim.Media xəbər verir ki, fövqəladə iclasın keçirilməsinə səbəb Ukrayna ordusunun ölkənin hava məkanını pozması olub.
Belə ki, Polşa Silahlı Qüvvələrinin operativ komandanlığının məlumatına görə, dekabrın 29-da səhər saatlarında naməlum uçan obyekt Ukrayna ərazisindən respublikanın hava məkanına daxil olub, bundan sonra o, hava hücumundan müdafiə radarları tərəfindən izlənilib.
Bizim.Media