Gözəllik yarışmasında görünməmiş qalmaqal – Tac qalibin başından götürüldü, başqasına verildi - REAL KADRLAR

Gözəllik yarışmasında görünməmiş qalmaqal – Tac qalibin başından götürüldü, başqasına verildi - REAL KADRLAR

Hazırda oxunan: Gözəllik yarışmasında görünməmiş qalmaqal – Tac qalibin başından götürüldü, başqasına verildi - REAL KADRLAR

17129

Şri-Lankada keçirilən gözəllik müsabiqəsində indiyədək görünməmiş hal baş verib.

Bizim.Media Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Miss Şri-Lanka" gözəli seçilən Puşpika De Silvanın tacı səhnədəcə başından götürülüb.  

Bunu 2019-cu ilin gözəllik müsabiqəsinin qalibi olan Kerolayn Curi edib. O bildirib ki, Silva boşandığından onun qalib olması müsabiqənin qaydalarına ziddir.

Bundan sonra Curi tacı müsabiqədə ikinci yeri qazanan qızın başına qoyub, Silva isə səhnəni tərk edib.

Sonra Kerolayn Curi sosial media hesabında boşanmadığnı, sadəcə həyat yoldaşı ilə ayrı yaşadığnı söyləyib. Məsələ ilə bağlı araşdırma aparılıb. Və gözəllik tacı sahibinə -  Kerolayn Curiyə qaytarılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO