“Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlarda olsam, hörmətsiz olaram. Verilişin formatı mənə uyğun deyil. Bəlkə kiminsə ehtiyacı var, amma mənim o verilişlərə yoxdur."
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Efirlərə çıxmamasının səbəblərindən söz açan sənətçi bəzi həmkarlarından incidiyini dilə gətirib:
"Maqazin verilişləri var ki, müsahibə alırlar. O qədər yanlış suallar verirlər ki... Ona görə müsahibə vermirəm. Heç kim inciməsin məndən. Əziz həmkarlarım, sizə də sual veriləndə, birinci onun dərinliyinə gedin. Görün nə dərəcədə düzdür, səmimi sualdır. Sonra özünüzdən çıxıb cavab verin. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm, onun ucundan tuturlar, soruşurlar ki, nə deyə bilərsiz? Bu alimlər də başlayırlar. Biz çörək kəsirik. Fikirləşin ki, Könül xanım bunu hansı mənada deyə bilər. Gərək diqqət edəm, bir az çaşırlar”.
- A-
- A
- A+
Şoutaym
19:15 / 28.12.2023
Könül Kərimova: "O verilişə gedəndə, hörmətsiz oluram" - VİDEO
Hazırda oxunan: Könül Kərimova: "O verilişə gedəndə, hörmətsiz oluram" - VİDEO
Hazırda oxunan: Könül Kərimova: "O verilişə gedəndə, hörmətsiz oluram" - VİDEO
171193
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.