“Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “prsona-non grata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.
O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdilər:
“Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi.
Bizim iki diplomatımızın “persona-non-grata” elan edilməsinə gəlincə isə, səfirimiz Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb. Orada “qarşılıqlıq” prinsipi əsasında iki diplomatımızın arzuolunmaz şəxs elan olunduğu və 48 saat ərzində ölkəni tərk etməli olduqları bildirilib.
Bizim atdığımız addımla Fransanın addımı arasında böyük fərq var. Biz konkret sübutlarla, faktlarla danışırıq. Hesab edirik ki, Fransa tərəfindən atılan bu əsassız addım, münasibətlərimizdə növbəti səhv bir addım idi”.
Bizim.Media