Məhkəmə general Bəkir Orucova 9 il 6 ay HƏBS CƏZASI VERDİ 

Məhkəmə general Bəkir Orucova 9 il 6 ay HƏBS CƏZASI VERDİ 

Hazırda oxunan: Məhkəmə general Bəkir Orucova 9 il 6 ay HƏBS CƏZASI VERDİ 

171159

“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucov, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun məhkəmə prosesi başa çatıb. 

Bizim.Media xəbər verir ki, bu gün Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən Ziya Kazımov son söz deyib. 

Ziya Kazımov da digər təqsirləndirilən şəxslər kimi özünü təqsirli bilmədiyini bildirib. 
Daha sonra məhkəmə hökm elan etmək üçün müşavirəyə gedib. 

Müşavirədən sonra hökm oxunub. 

Hökmə əsasən, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb olunub. 

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə ittiham olunurlar. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO