\

\"Tərtər işi\" ilə bağlı təqsirləndirilən şəxslərə HÖKM OXUNDU 

Hazırda oxunan: \"Tərtər işi\" ilə bağlı təqsirləndirilən şəxslərə HÖKM OXUNDU 

171158

"Tərtər işi" ilə bağlı təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidova hökm oxunub. 

Bizim.Media xəbər verir ki, bu barədə hökm Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib. 

Hökmə əsasən, İntiqam Məmmədov 6 il 6 ay, Rahib Məmmədov 6 il 6 ay, Ziya Kazımov 8 il 6 ay və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. 

Xatırladaq ki, prokuror Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. 
Qeyd edək ki, adları çəkilən şəxslər ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO