Siyavuş Novruzov bütün nazirlərin DOSYESİNİ AÇDI...

Siyavuş Novruzov bütün nazirlərin DOSYESİNİ AÇDI...

Hazırda oxunan: Siyavuş Novruzov bütün nazirlərin DOSYESİNİ AÇDI...

17100

“Vilayət Eyvazov serjantlıqdan (çavuş) başlayıb. Və hazırkı rütbəyə qədər gəlib çatıb. Gecəsi, gündüzü olmayıb. İndi də Daxili İşlər naziridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Müsavat tv”nin canlı debatında söyləyən millət vəkili Siyavuş Novruzov sözlərinə DTX rəisi barədə məlumatla davam edib:

“Əli Nağıyev ilk günlərindən o sahədə (təhlükəsizlik orqanları) çalışıb. Özü də ki, o, təmiz insandır. I Qarabağ müharibəsində də, II Qarabağ savaşında da Əli Nağıyevin əməyi əvəzolunmazdır”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu ilə debatda Siyavuş Novruzov təhsil naziri haqqında da söz açıb və bildirib ki, Emin Əmrullayev çətinliklə pul toplayaraq xaricdə təhsil almağa gedib:

“Axı sən bunların tərcümeyi-halını oxumamısan, bilmirsən və deyirsən ki, bunu nazir qoyublarsa söymək lazımdır ? Yox, elə deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə referentdən (məsləhətçi-köməkçi) bu vəzifəyə qalxıb.

Müdafiə nazirimiz Zakir Həsənov addım-addım, məktəbləri qurtararaq, belə deyim, soğan-çörək yeyə-yeyə nazir vəzifəsinə gəlib çıxıb. Onun heç kəsi, anası-atası olmayıb, kimsə onu nazir vəzifəsinə gətirib çıxartmayıb. Öz əməyinin nəticəsi ilə qalxıb”.

Siyavuş Novruzov nə vaxtsa göydəndüşmə adamların da olduğunu dedi və bildirdi ki, turistlə alpinistin fərqi var. Çünki alpinistlər dağa dırmaşır:

“Turisti isə zirvəyə helikopter gətirir. Bu günkü nazirlərin hamısı alpinistdir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO