QMİ və dini konfessiyaların rəhbərləri Ağdamda səfərdədir - VİDEO

QMİ və dini konfessiyaların rəhbərləri Ağdamda səfərdədir - VİDEO

Hazırda oxunan: QMİ və dini konfessiyaların rəhbərləri Ağdamda səfərdədir - VİDEO

17090

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və ölkədəki dini konfessiyaların rəhbərlərinin Ağdama səfəri davam edir.

Səfər çərçivəsində onlar Ağdam şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər.  

Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun, Milli Qəhrəman Əliabbas İsgəndərovun, Xocalı soyqırımı zamanı qətlə yetirilən ailə üzvlərinin və digər  məzarlar ziyarət edilib, onların ruhlarına dualar oxunub.

Dini rəhbərlər Ağdam şəhərində yerləşən Cümə məscidin də də olublar. Cümə məscidində azan verilib, namaz qılınıb, Quran və şəhidlərin ruhlarına dualar oxunub. 

Qeyd edək ki, Cümə məscidindən sonra QMİ sədri və dini konfessiya rəhbərləri Qiyaslı məscidini də ziyarət edəcəklər.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO