Dekabrın 24-də Rusiyaya sonrakı satış üçün Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 18 ton (306 min ədəd) həcmində yumurtanın üçüncü partiyası gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, 36 ton (612 min ədəd) həcmində Azərbaycan yumurtasının ilk tədarükü dekabrın 19-da baş tutub. İkinci tədarük dekabrın 21-də 18 ton (306 min ədəd) həcmində olub.
Qeyd edək ki, yumurta ixracı barədə qərar 2023-cü ilin noyabrında "Rosselxoznadzor"un rəhbəri Sergey Dankvert və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:40 / 25.12.2023
Azərbaycandan Rusiyaya yumurtanın üçüncü partiyası ixrac edilib
Hazırda oxunan: Azərbaycandan Rusiyaya yumurtanın üçüncü partiyası ixrac edilib
Hazırda oxunan: Azərbaycandan Rusiyaya yumurtanın üçüncü partiyası ixrac edilib
170758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.