Rəşad Dağlının qətl törətdiyi

Rəşad Dağlının qətl törətdiyi "NİVA"sı SATILIR - VİDEO

Hazırda oxunan: Rəşad Dağlının qətl törətdiyi "NİVA"sı SATILIR - VİDEO

170378

Hazırda həbsxanada olan məşhur meyxanaçı Rəşad Dağlının "Niva" markalı avtomobili satışa çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə video "TikTok" sosial şəbəkə hesabında "By ceka" adlı şəxs tərəfindən paylaşılıb.

Videoda bildirilib ki, ifaçının qara rəngli maşını satışa çıxarılıb. O, qətl hadisəsini törədərkən "Niva" markalı avtomobillə gedib.

Xatırladaq ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO